Transfer çalışmalarını daam etdirən AZAL daha bir əcnəbi futbolçunu sıralarına qatıb. Siapsort.az saytı xəbər verir ki, bu təxminən bir həftə ərzində klubun düşərgəsində olan və 1 yoxlama oyununda baxışdan keçirilən Tales Şutzdur. Braziliyalı futbolçu baxışdan uğurla keçdiyindən məşqçilər onun haqqında müsbət rəy veriblər. Klubun ofisinə çağrılan Taleslə 1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, 1981-ci il təvəllüdlü Tales Şutz karyerası ərzində "Botafoqo", "Atletiko Paranaense", "Kianorte", "Atletiko Yuventus", "Qremio İnhumense", "Leyksoes", İsrailin "Aşdod", "Makkabi" (Netanya), Yunanıstanın "Akratitos", Polşanın "Yaqelloniya" və Honq Konqun "South China" klublarında çıxış edib. 2006-2007 və 2008-2011-ci illərdə o, "South China"nın heyətində 47 oyun keçirərək 27 qol vurub, 4 dəfə (2006-07, 2007-08, 2008-09, 2009-10) Honq Konq çempionu, 2 dəfə (2006-07, 2009-10) kubokunun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB