\"Milan\" futbol klubunun sahibi olan İtaliyanın Baş naziri Silviyo Berluskoni, yenə də qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, \"Milan\"ın sahibi İspaniyanın \"Barselona\" klubunun dünyanın ən güclü futbol klubunun olduğunu bildirməklə yanaşı, \"Barselona\" azarkeşlərini qəzəbləndirəcək ifadələr də işlədib.
S.Berluskoni bildirib ki, \"Barselona\" bir sıra hallarda daha çox bəxtin sayəsində uğur qazanır ki, bunun da bacarıq və taktikaya elə də dəxli yoxdur. S.Berluskonu həttda bir az da irəli gedərək bildirib ki, \"Barselona\"nın əldə etdiyi bütün uğurların 50 faizi bəxtin sayəsində mümkün olub. O həttda İspaniya Superkuboku qarşılaşmasında \"Real\"ın \"Barselona\"dan daha gözəl futbol oynadığını deyərək, katalonların yalnız bəxt sayəsində \"Real\"ı məğlub etdiklərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB