"Neftçi" PFK-nın futbolçusu İqor Mitreski Makedoniya milli komandasına dəvət olunması ilə bağlı fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, futbolçu açıqlamasında bunları deyib: "Açığı, milli komandadan imtina etmək istəyirdim. Fikrimcə, gənc futbolçulara yol açmağın zamanıdır. Lakin yeni baş məşqçi Con Toşak məndən xahiş etdi ki, qalıb, komandaya kömək edim. Çünki bizi qarşıda çətin oyunlar gözləyir. Təkcə Rusiya və Andorra yığması ilə deyil, Slovakiya milli komandası ilə də qarşılaşmalıyıq. Qarşıdakı görüşlərdə iştirak etsəm də, yığma karyeram haqqında son qərarı verməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB