Dünən gecə UEFA Çempionlar Liqasında (ÇL) sonuncu təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Siasport.az saytı xəbər verir ki, ilk cavab qarşılaşmasında UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 5 xoşbəxtin adı məlum olub. Bunlardan biri Bakının "Neftçi" futbol klubunu təlim məşq taktikası ilə mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"sudur. Xorvatiya çempionu evdə 4:1 hesablı qələbədən sonra cavab görüşündə,"Malmö" klubuna 0:2 hesabı ilə uduzsa da, qrup mərhələsinə vəsiqəni təmin edib. Bundan başqa, Almaniya "Bavariya"sı səfərdə də "Sürix"ə qalib gələrək, yenə qrup mərhələsinin iştirakçısı olacaq. Keçirilən bütün qarşılaşmaları diqqətinizə çatdırırq:
23 avqust
"Genk" (Belçika) – "Makkabi" (Hayfa, İsrail) - 2:1 (penaltilərlə - 4:1)
Vossen, 35, Buffel, 41 - Qolasa, 37
İlk oyun – 1:2
"Malmö" (İsveç) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0
Vilton,69, Yansson, 86
İlk oyun – 1:4
"Vilyarreal" (İspaniya) – "Odense" (Danimarka) - 3:0
Rossi, 50, 66, Marçena, 82
İlk oyun – 0:1
"Sürix" (İsveçrə) – "Bavariya" (Almaniya) - 0:1
Qomes, 7
İlk oyun – 0:2
APOEL (Kipr) – "Visla" (Krakov, Polşa) - 3:1
Manduka, 29, Aylton, 54, 87 - Vilk, 71
İlk oyun – 0:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB