Ağabala Ramazanov \"Neftçi\" PFK-nın heyətində debüt edib. Siasport.az saytı xəbər verir ki, gənc futbolçu \"Sumqayıt Şəhər\" klubu ilə oyunda (4:0) Premyer Liqada ilk oyununu keçirib. Ramazanov bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb:\"Neftçi\"də gənc futbolçulara daim diqqət və qayğı var. Buna görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Mənə etimad göstərib, \"Neftçi\"nin əsas heyətində şans verdiyi üçün baş məşqçi Böyükağa Hacıyevə təşəkkür edirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Məqsədim \"Neftçi\"nin əsas komandasında uğurla çıxış etməkdir\" - deyə Ramazanov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB