Bu gün daha iki cüdoçu London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq
Paris şəhərində təşkil olunan London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının 2-ci günündə daha iki idmançımız Olimpiadaya seçim meyarı olan reytinq xalları uğrunda mübarizə aparacaq. SİA-nın xəbərinə görə, kişilər arasında 73 kq kategoriyalı Renat Mirzəliyev Mavrikiya adasının təmsilçisi Paulin Mak Leon ilə 15-ci sırada görüşəcək. Qadınlar arasında isə 57 kq kategoriyalı idmançımız Kifayət Qasımova Haitini təmsil edən Jan Batist ANJ Mersi adlı idmançıyla 10-cu sırada yarışacaq.
Xatırladaq ki, dünya çempionatının 1-ci günündə 60 kq çəki dərəcəsində olan Muşkiyev İlqar bürünc medal qazanıb. Qeyd edək ki, təsəlliverici yarışda həmyerlimiz erməni mənşəli Rusiya Federasiyasının idmançısı Rasten Galstyana qalib gəlib.
Məlumat üçün bildirək ki, 136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. İkinci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 yer 60 xal, 1/32-ci yer 40 xal qazanadıracaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB