Təbriz Həsənov: "Qalib gəlməyimizə baxmayaraq, komandanın oyunundan tam razı qalmadım"-AÇIQLAMA
Palanqa şəhərində təşkil olunmuş turnirdə Azərbaycan və Belarusun U-17 yığmaları arasında keçirilən oyundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi oyundan razı qalmadığını qeyd edib: "Qarşılaşmada qalib gəlməyimizə baxmayaraq, komandanın oyunundan tam razı qalmadım. Rəqibdən çox üstün oynadıq. Daha fərqli hesabla qələbə qazana bilərdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB