Macarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, Macarıstanın U-17 yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Sevinc Qurbanova vurub.
Xatırladaq ki, bu hazırlıq prosesi çərçivəsində keçirdiyi yoldaşlıq oyunlarında qızlardan ibarət yığmamız MTK (Budapeşt) klubunu 7:3, Slovakiyanın U-17 komandasını isə 1:0 hesabı ilə məğlub etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB