Hazırda danışılmış oyunlarda günahlandırılaraq "Metris" həbsxanasında saxlanılan Türkiyənin "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, bir sıra açıqlamalar verərək, yenə də hədələyici bəyanatları ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, dünəndən etibarən UEFA nümayəndəsininin Türkiyəyə gəlməsindən xəbərdar olan Ə.Yıldırım , daha bir məktub yazaraq diqqəti bir sıra məsələlərə cəlb edib: "Hər kəs "Fənərbaxça"nın aşağı liqaya düşəcəyini söyləyir. Ancaq bu sistemin içərisində təkcə "Fənərbaxça" yoxdur. Əgər "Fənərbaxça" düşərsə, "Qalatasaray" da başda olmaqla "Beşiktaş", "Trabzonspor", "Ankaragücü" "Sivasspor" və digər 10 komanda bu aqibəti yaşayacaq. Bu çox ciddi məsələ olduğu üçün kortəbii qərar vermək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB