Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 4-5 sentyabr 2011-ci il tarixdə Masazır qəsəbəsində yerləşən Masazır Ağır Atletika Mərkəzində ağır atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd Bakı şəhərində ağır atletika idman növünü təbliğ və inkişaf etdirmək, paytaxtda yerləşən idman təşkilatlarındakı təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək , gəncləri ağır atletika idman növü ilə məşğul olmağa cəlb etməkdir.
Yarış şəxsi xarakter daşıyır. İştirakçıların sayı qeyri-məhduddur. Yarışda idmançılar 46 kq, 50 kq, 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB