Rövşən Umudov: “İnanıram ki, dünya çempionatında Olimpiya Oyunlarına lisenziya qazanacağıq və birbaşa olimpiadaya hazırlaşacağıq-AÇIQLAMA

Rövşən Umudov: “İnanıram ki, dünya çempionatında Olimpiya Oyunlarına lisenziya qazanacağıq və birbaşa olimpiadaya hazırlaşacağıq-AÇIQLAMA

"Avqustun 3-dən etibarən Qusarda təlim-məşq toplanışı keçirik. Ümumi-fiziki hazırlıqlarla yanaşı, praktiki hazırlıqlara da üstünlük veririk". Bu sözləri siasport.az saytına qadın güləşi üzrə milli komandamızın böyük məşqçisi Rövşən Umudov deyib. Onun sözlərinə görə, komanda dünya çempionatına yüksək səviyyədə hazırlaşır: "Qusar Olimpiya İdman Kompleksində bizim üçün hər cür şərait yaradılıb. Yığma komanda da məşqlərin öhdəsindən layiqincə gəlir. Bizə yalnız dünya çempionatında uğurlu çıxış etmək qalır. Heyətdə zədəli idmançımız yoxdur. Çempionata yollanacaq idmançılarımız isə sentyabrın 2-də keçirəcəyimiz yarış xarakterli görüşlərdən sonra bilinəcək. İnanıram ki, dünya çempionatında Olimpiya Oyunlarına lisenziya qazanacağıq və birbaşa olimpiadaya hazırlaşacağıq".


Bütün xəbərlər Facebook səhifəmizdə