Emin İmaməliyevin durumu ağırdır

Emin İmaməliyevin durumu ağırdır
"Qarabağ" klubunda daha bir futbolçu sıradan çıxıb. Siasport.az saytı xəbər verir ki, "Qarabağ"ın "Kəpəz"lə baş tutan sonuncu oyunda Emin İmaməliyev zədələnərək yerini Əfran İsmayılova vermək məcburiyyətində qalmışdı. Bakıya döndükdən sonra 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçirilib. Eminin durumunun ağır olduğu müəyyənləşib. İmaməliyevin sol ayağında II dərəcəli əzələ yırtılması müəyyənləşib. Bu o deməkdir ki, Emin azı 20 gün topa toxuna bilməyəcək. Eminin təxminən 1 ay sonra yaşıl meydanlara dönə biləcəyi ehtimal olunur.

Xatırladaq ki, ilk turda da Zaur Həşimov zədələnərək erkən əvəzlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə