Dünya çempionatında mübarizəyə ilk qatılacaq idmançımız danışdı-AÇIQLAMA

Dünya çempionatında mübarizəyə ilk qatılacaq idmançımız danışdı-AÇIQLAMA

"Çalışacağıq ki, dünya çempionatında həm Olimpiya Oyunlarına lisenziyalar, həm medallar qazanaq". Siasport.az saytı xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə milli komandamızın üzvü Həsən Əliyev deyib. O, hazırda Qubada təlim-məşq toplanışında yığmamızın bütün üzvlərinin var gücləri ilə dünya çempionatına hazırlaşdıqlarını, yarışın məsuliyyətini yaxşı dərk etdiklərini qeyd edib. İdmançı bildirib ki,çempionatda ilk olaraq yığmamızın heyətində məhz o mübarizəyə qatılacaq: "Sentyabrın 10-da İstanbula yola düşəcəyik. Ayın 11-də isə çəki günüdür. İlk olaraq yarışa mən qatılacam. Əlimdən gələni edəcəm ki, yarışda uğurlu çıxış edim. Bizim üçün hər bir şərait yaradılıb. Baş məşqçinin tapşırıqlarını qeyri-şərtsiz yerinə yetiririk. Artıq bir neçə gündən sonra hazırlığımızı Bakıda davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə