AFFA Georgi Nikolovu 5 oyunluq cəzalandırdı, "İnter"i isə 21 min manat cərimələdi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda verilmiş qərarları nəzərinizə çatdırır:
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasının III turunun "Simurq" – "Rəvan" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur(maddə 40).
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasının III turunun "Qəbələ" – AZAL matçının 12-ci dəqiqəsində "Qəbələ" klubunun 4 №-li futbolçusu Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Bundan başqa, oyunun 85-ci dəqiqəsində AZAL klubunun 25№-li futbolçusu Kristian Ruiz əllə topu "Qəbələ" klubunun qapısından keçirdikdən sonra (hakim qolu qeydə almamışdır) "Qəbələ" azarkeşləri meydançaya kənar əşya (daş) atmışlar. AZAL klubu baş vermiş hadisə ilə bağlı İntizam Komitəsinə mürəciət edərək oyunun nəticəsinin ləğv edilməsini və "Qəbələ" klubuna texniki məğlubiyyət verilməsini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq "Qəbələ" klubuna qarşı aşağıdakı cəza və cərimələr tətbiq olunur:
"Qəbələ" klubunun 4 №-li futbolçusu Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olunur(maddə 38.3).
"Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya (daş) atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
"Qəbələ" klubu Premyer Liqa matçlarında azarkeşlərinin davranışı ilə bağlı müvafiq tədbirlər görsün, əks halda analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.
"Qəbələ" klubu ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazımi tədbirləri gücləndirsin.
20 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasının III turunun "Xəzər Lənkəran" – "Turan" matçının 55-ci dəqiqəsində meydançaya "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
20 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasının III turunun "İnter" – "Bakı" matçında aşağıdakı hadisələr baş vermişdir:
Matçın 90+1-ci dəqiqəsində "İnter" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin olduqdan sonra "İnter" klubunun prezidenti meydançaya daxil olaraq komandanı meydançadan cıxarmışdır. Hakimlər 10 dəqiqə gözləsələr də, "İnter" klubu meydançaya qayıtmamış və matç başa çatmamışdır. Matçda baş vermiş hadisələrlə əlaqədar olaraq "İnter" klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəzalar tətbiq olunur:
Matçın 90+1-ci dəqiqəsində meydançaya "İnter" klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
Oyunun 90+1-ci dəqiqəsində "İnter" klubunun 1 №-li futbolçusu Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 37.1).
Matçın 90+1-ci dəqiqəsində "İnter" klubunun prezidenti Georgi Nikolov icazəsiz meydançaya daxil olaraq komandanı meydançadan çıxardaraq matçı izləyənlərə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 (beş min) manat cərimə olunur (maddə 42.4)
Oyunun 90+1-ci dəqiqəsində "İnter" klubu özbaşına meydançanı tərk edərək oyunu davam etdirməkdən boyun qaçırdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 10000 (on min) manat cərimə olunur(maddə 53.1).
Matçdan sonra keçirilən mətbuat konfransında "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze iştirak etmədiyi üçün "İnter" klubu 1000 (bir min) manat cərimə olunur (maddə 83.1).
Matçda "İnter" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun "İnter" –"Bakı" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur(maddə 40). Oyunun 77-ci dəqiqəsində "İnter" klubunun məşqçisi Rüstəm Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 5 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 42.4).
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun "Xəzər Lənkəran" –"Turan" matçının 89-cu dəqiqəsində "Turan" klubunun 12 №-li futbolçusu Zabid Səfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).
20 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun "Neftçi" –"Sumqayıt Şəhər" matçının 44-cü dəqiqəsində "Neftçi" klubunun 23 №-li futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).
Qeyd edək ki, klublar 3 gün müddətində (26.08.2011-ci il tarixinə kimi) Apellyasiya və Ekspert Komitəsinə mürəciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB