İqor Mitreski Makedoniya milli komandasına dəvət olunub

İqor Mitreski Makedoniya milli komandasına dəvət olunub
"Neftçi" PFK-nın futbolçusu İqor Mitreski Makedoniya milli komandasına dəvət olunub. Siasport.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi Avro-2012-nin seçmə mərhələsinin Rusiya və Andorra yığmaları ilə keçiriləcək qarşılaşmalarda iştirak edəcək. Makedonlar sentyabrın 2-də Moskvada Rusiya, 6-da isə Skopyedə Andorra milli komandası ilə görüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə