Ərtuğrul Sağlam azarkeşlərin hədəfində!

Ərtuğrul Sağlam azarkeşlərin hədəfində!

Türkiyənin "Bursaspor" futbol klubunun azarkeşləri ilə baş məşqçi Ərtuğrul Sağlam arasında gərginlik yaranıb. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında Belçikanın "Anderlext" futbol klubuna öz meydanında 1:2 hesabı ilə məğlub olan "timsahlar", azarkeşkərin qəzəbinə gəliblər.

"Bursaspor" azarkeşləri, xüsusi ilə baş məşqçi Ə.Sağlama qarşı bərk qəzəblidirlər. Həmin qarşılaşmanın sonlarında Ə.Sağlamı istefaya səsləyən bir qrup "Bursaspor" azarkeşinə qarşı baş məşqçinin onlara dirsək göstərməklə cavab verməsi, azarkeşlərlə klub rəhbərliyi arasındakı münasibətləri əməlli-başlı gərginləşdirib.

Türkiyə mətbuatı xəbər verir ki, dünən də klub rəhbəriyində bu məsələ müzakirə olunub və azarkeş qurumlarının rəhbərləri ilə yaxın günlərdə görüşün keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə