Maqomed Aliomarov: "Dünya çempionatında minimum 12-14 lisenziya qazanmağı nəzərdə tuturuq"-AÇIQLAMA
"Hazırda güləşçilərimiz ümumi hazırlıqla məşğuldurlar. Dünya çempionatı öncəsi yığmamız və məşqçilər korpusu çox yaxşı vəziyyətdədir". Siasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov deyib. Onun sözlərinə görə, son bir ildə ilk dəfədir ki, belə hazırlıqlı, həm də texnoloji cəhətdən güclü yığma komanda hazırlanır: "Almaniyadan gələn mütəxəssis həkimlər qrupu hər dəfə məşqdən əvvəl və sonra idmançılarımıza nəzarət edir. Bu həkimlər onların təzyiqlərini ölçür, ürək fəaliyyətinin normal olmasına nəzarət edir.
Federasiyanın rəhbəri və həmçinin vitse-prezidenti məşqçi korpusuna və uşaqlara öz tapşırıqlarını verib. Hər üç növdə qızıl, gümüş və bürünc medal qaznmalıyıq.
Bir mütəxəssis kimi deyim ki, biz dünya çempionatında minimum 12-14 lisenziya qazanmağı nəzərdə tuturuq.
Sərbəst və qadın güləşçilərimiz də qızıl medal uğrunda mübarizə aparmağa hazırdılar. Deyərdim ki, güləşçilərin potensialı buna imkan verir. İdmançıların yaxşı formada olması onların şanslarını daha da artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB