"Mançester Yunayted" "Tottenhem"in də dərsini verdi!

"Mançester Yunayted" "Tottenhem"in də dərsini verdi!

Dünən İngiltərə Premyer Liqası çərçivəsində, "Old Trafford"da əzəli rəqiblərindən birinə çevrilmiş "Tottenhem"i qəbul edən "Mançester Yunayted" futbol klubu, qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılaraq, turnir cədvəlində ikinci pilləyə yüksəməyi bacarıb. Siasport.az saytı xəbər verir ki, "Qırmızı şeytanlar"a qələbə gətirən qolları Welbek, Anderson ve Ruuni rəqib qapısından keçiriblər. Bununla da yeni mövsümə ardıcıl 2 qələbə ilə başlayan "Mançester Yunayted" futbol klubu, bu il də İngiltərə çempionu olmağa əsas namizəd olduqlarını ortaya qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə