Fərid Mansurov: “Dünya çempionatında hər bir çəkidə güclü narahatçılığımız olacaq, çünki hər çəkidə güclü rəqabət olacaq”-AÇIQLAMA
"Dünya çempionatında hər bir çəkidə güclü narahatçılığımız olacaq, çünki hər çəkidə güclü rəqabət olacaq". Siasport.az saytı xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Fərid Mansurov deyib. Onun sözlərinə görə, qarşıdan gələn dünya çempionatı Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığına görə rəqabət daha da güclü olacaq. Buna baxmayaraq, hər çəkidə güclü idmançılarımız var: "Hazırda Qubada keçirdiyimiz təlim-məşq toplantısı yüksək səviyyədə təşkil olunub. Həm birinci, həm də ikinci heyət qənaətbəxş səviyyədədirlər. İdmançılar gərgin hazırlıq prosesi keçirlər. Heyətlə bağlı hələ heç nə deyə bilmərəm. Dünya çempionatında mübarizə aparacaq heyət Bakıda təşkil olunacaq yoxlama görüşlərindən sonra məlum olacaq. Avqustun 24-də paytaxta qayıdacağıq və döşək üzərində məşqlərimizi davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB