Avqustun 27-də Xantı-Mansının "Yuqra-Klassik" konsert-teatr mərkəzində 2011-ci ilin şahmat üzrə dünya kubokunun təntənəli açılışı mərasimi olacaq. Sisport.az saytı xəbər verir ki, proqramda Rusiyanın nüfuzlu dizayn müsabiqəsinin qran-pri mükafatına layiq görülmüş dizayner Yelena Skakunun "Şahmat" kolleksiyasının nümayişi nəzərdə tutulub. Boris Nodelmanın rəhbərlik etdiyi kamera orkestri Vivaldi, Bax və Motsart kimi dahi bəstəkarların əsərlərini ifa edəcək.
Xatırladırıq ki, avqustun 27-dən sentyabrın 30-dək Xantı-Mansıda şahmat üzrə dünya koboku keçiriləcək. Yarışlarda dünyanın 46 ölkəsindən 128 şahmatçı iştirak edəcək. Azərbaycanı 5 şahmatçı – Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Namiq Quliyev və Rauf Məmmədov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB