Çin Xalq Respublikasının Şençjen şəhərində tələbələrin 26-cı yay universiadası davam edir. Siasport.az saytı xəbər verir ki, avqustun 22-də Azərbaycan komandası növbəti medalını qazanıb. Universiadanın bədii gimnastika üzrə gürzlə fərdi yarışlarında gimnastımız Aliyə Qarayeva inamlı çıxış edərək gümüş medala sahib olub. 27,725 bal toplayan idmançımız rəqiblərinin əksəriyyətini geridə qoyub.
Aliyə Qarayeva lentlə və topla fərdi yarışlarda 4-cü, fərdi çoxnövçülükdə isə 108,575 balla ümumi hesabda 5-ci olub.
Digər gimnastımız Anna Qurbanovanın da universiadadakı çıxışı yaddaqalan olub. O, fərdi çoxnövçülük yarışlarında 30 iştirakçı arasında 10-cu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB