İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Sİasport.az saytı xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan milli komandamızın 4 üzvündən ikisi qələbə qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov İtaliya nümayəndəsi Matteo Angionini çətinlik çəkmədən məğlub edib - 9:2. Daha bir boksçumuz Fəqan Hüseynov da (69 kq) İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Həmyerlimiz Dario Morello üzərində 13:12 hesabı ilə qələbə qazanıb. 81 kq çəki dərəcəsindəki təmsilçimiz Hüseyn Qasımovmacarıstanlı Lajos Sarkoziyə uduzaraq, yarışı tərk edib. Təssüff ki, 2010-cu ilin gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov da Dublində uğursuzluğa düçar olub. Boksçumuz çox çalışsa da, Rusiya idmançısı Radjab Butayevə məğlubiyyətdən qaça bilməyib - 8:13. Qeyd edək ki, komandamız Avropa birinciliyinə tam heyətlə (10 nəfər) yollanıb. Turnirə avqustun 27-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB