Türkiyənin İstanbul şəhərində keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə güləş üzrə milli komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər. Siasport.az saytının Quba və Qusara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, təlim-məşq toplanışları Quba və Qusar Olimpiya Komplekslərində keçirilir. Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamız Qubada, qadın güləşçilərinmiz isə Qusardaa hazırlıq keçirlər. Güləşçilərimizə vitse-prezidentlər Maqomed Aliomarov, Elçin Cəfərov, baş məşqqçilər Saypulla Absaidov, Fərid Mansurov, böyük məşqçilər Firdovsi Umudov və Rövşən Umudov başçılıq edirlər.
Hər üç komandamızın mətbuat üçün açıq məşqi keçirilib. Media nümayənlərinin baş çəkdiyi məşqlərdə idmançılarımız öncə isinmə hərəkətləri ediblər, daha sonra fiziki hazırlıq üzrə çalışıblar.
Hələ ki, heç bir komandamızda dünya çempionatında mübarizə aparacaq heyət müəyyənləşməyib. Çempionata yollanacaq idmançılar keçirləcək sparrinq görüşlərdən sonra bəlli olacaq. Bu isə hər çəkidə milli komandamızda rəqabətin güclü olmağından xəbər verir.
Qeyd edək ki, Quba və Qusar Olimpiya Komplekslərində idmançılar üçün bütün şərait yaradılıb və güləşçilərimiz yüksək əhval-ruhiyyədə dünya çempionatında gündə 3 dəfə olmaqla hazırlıq keçirlər.
Onu da nəzərinizə çatdıraq ki, komandalarımız bu günlərdə Bakıya qayıdaraq məşqləri paytaxtda davam etdirəcəklər.
Təlim məşq toplanışlarından fotoreportaj və baş məşqçilərin fikirlərini saytımızda yayımlayacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB