Sən demə İspaniyanın "Real Madrid" futbol klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyo, İspaniya Superkuboku uğrunda keçirilən cavab qarşılaşmasında etdiyi hərəkətlərə görə xəcalət hissi keçirirmiş. Siasport.az saytı xəbər verir ki, hər halda bu barədə İspaniya mətbuatı xəbər verir. Belə ki, "Marca" qəzeti yazır ki, portuqaliyalı futbol mütəxəssisi, öz yaxın ətrafı ilə söhbətində bunu etiraf edib: "O matçda barmağımı rəqib klubunun baş məşqçisinin köməkçisinin gözünə soxduğuma görə utanıram, peşman olmuşam. Bu, xuliqan davranışı idi", - portuqal çalışdırıcı ailə üzvləri və dostları ilə bir yerdə olarkən deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB