UEFA Türkiyə futbolunda baş verənləri araşdırmaq üçün öz nümayəndəsini İstanbula göndərir

UEFA Türkiyə futbolunda baş verənləri araşdırmaq üçün öz nümayəndəsini İstanbula göndərir


Türkiyə futboluunda baş verənlər artıq UEFA tərəfindən də ciddi nəzarətə götürülüb. Siasport.az saytı xəbər veir ki, artıq futbol üzrə Türkiyə çempionatında oyun alqı-satqısı olduğu ilə bağlı iddiaları araşdırmaq üçün UEFA bir rəsmi nümayəndəsini İstanbula göndərəcək. Avqustun 3-dən bəri Türkiyə Futbol Federasiyası ilə koordinasiyalı işləyən UEFA nəhayət, iddiaları yerində araşdırmaq qərarına gəlib. UEFA nümayəndəsi iddiaları araşdıran prokuror Mehmet Berklə görüşəcək. UEFA prezidenti Mişel Platininin tapşırığı ilə İstanbula göndərilən nümayəndənin hazırlayacağı hesabat Türkiyə klublarının Avropadakı yarışlarda iştirakına aydınlıq gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə