"Arsenal"da Xose Qvardiolanın ayaq səsləri eşidilir…

"Arsenal"da Xose Qvardiolanın ayaq səsləri eşidilir…

İngiltərənin "Arsenal" futbol klubunda vəziyyət kritik həddə çatıb. Siasport. Az saytı xəbər verir ki, son turda əzəli rəqibi olan "Liverpul" futbol klubuna 0:2 hesabı ilə məğlub olan "topçular"ın düşərgəsində komandada islahatlar aparılmasının vacibliyi barədə fikirlər getdikcə yüksəlməyə başlayıb. İngiltərənin "The Sun" qəzeti yazır ki, klub rəhbərliyi neçə illərdir ki, "Arsenal"ın sükan arxasında olan fransız baş məşqçi Arsen Vengerlə, artıq yolları ayırmaq haqqında düşünür. Belə ki, klub rəhbərliyi hazırda İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi olan Xose Qvardiolanın "Arsenal"ın sükanı arxasına gətirilməsi üzərində işləyir. İngilis qəzeti iddia edir ki, artıq "topçular"ın rəhbərliyi "Barselona"da bütün titulları qazanaraq dünyanın ən məşhur futbol mütəxəssisi adını qazanan gənc baş məşqçinin menecerləri ilə danışıqları intensivləşidirib. İngilis mətbuatına görə X.Qvardiolanın özü də "Arsenal"da çalışmaqa müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə