Lukaş Podolski "Köln"ü "Qalatasaray"a dəyişir?

Lukaş Podolski "Köln"ü "Qalatasaray"a dəyişir?

Almaniyanın "Köln" futbol klubunda çıxış edən polyak əsilli Lukaş Podolski futbol həyatını İstanbulda davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, "Köln"də qalmaq istəmədiyini hər zaman mətbuata açıqlamaqdan çəkinməyən L.Podolskiyə, İstanbulun "Qalatasaray" futbol klubu "elçi düşüb". Artıq alman mətbuatı bu barədə yazmağa başlayıb. Almaniyanın "Bild" dərgisi yazır ki, "cim bom" onsuz da alman klubunu tərk etməyə həvəsli olan polyak əsilli ulduz futbolçunu heyətinə qatmaq istəyir və İstanbul klubunun təmsilçiləri futbolçunun menecerləri ilə danışıqlara başlayıblar. Həttda L.Podolskinin də elə ilkin təklifdəcə "cim bom"lu olmağa razılıq verdiyi baərədə məlumat da verilən xəbərlər arasında yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə