"Malaqa" Dmitar Berbatova görə "Mançester Yunayted"ə 25 milyon avro təklif etdi!

"Malaqa" Dmitar Berbatova görə "Mançester Yunayted"ə 25 milyon avro təklif etdi!

İspaniyanın "Malaqa" futbol klubu, "Mançester Yunayted" futbol klubunun bolqarıstanlı forvardı Dimitar Berbatovu transfer etmək fikrinə düşüb. Siasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi "qırmızı şeytanlar"ın ulduz futbolçusu üçün nə az, nə çox,- düz 25 milyon avrodan keçməyə hazır olduğunu açıqlayıb. İspaniya təmsilçisinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda da bu barədə xəbər dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə