Andrey Arşavin "Arsenal"dan sonra hansı komandada çıxış edəcəyini açıqladı!

Andrey Arşavin "Arsenal"dan sonra hansı komandada çıxış edəcəyini açıqladı!

İngiltərənin "Arsenal" futbol klubunun rusiyalı forvardı Andrey Arşavin, bir sıra açıqlamalarla yenidən İngiltərə mətbuatının gündəminə gəlib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Rusiya millisinin əsas qol silahı hesab olunan A.Arşavin, haqqında gəzən transfer söz-söhbətləri barədə ingilis həmkarlarımıza mövqeyini açıqlayıb. Sabiq "Zenit"li futbolçu bildirib ki, o hazırda özünü "Arsenal"da olduqca rahat hiss edir və bütün diqqətini yeni mövsümdə "topçular"ın uğurlu çıxışına yönəldib. Bu mövsümdə İngiltərə çempionu olmaq üçün komanda olaraq var gücləri ilə çalışacaqlarını deyən rusiyalı futbolçu, artıq "Liverpul"a məğlubiyyəti unudaraq qarşıdakı çempionat oyununa hazırlaşdıqlarını bildirib.

A.Arşavin, həmçinin haqqında gəzən transfer söz-söhbətlərinə birdəfəlik son qoyaraq, "Arsenal"ı tərk etdikdən sonra ancaq və ancaq öz köhnə komandasına qyıdacağını, "Zenit"dən başqa heç bir futbol klubunda forma geyməyəcəyini dilə gətirib. Xatırladaq ki, bir müddət bundan əvvəl elə A.Arşavinin köhnə klubu olan Sankt-Peterburqun "Zenit" və İstanbulun "Qalatasaray" futbol klubları da rusiyalı futbolçunun transferi üçün səy göstərsələr də, buna nail ola bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə