Emmanuel Eboue: "Özümü "Qalatasaray"da xoşbəxt hiss edirəm"

Emmanuel Eboue: "Özümü "Qalatasaray"da xoşbəxt hiss edirəm"

Hazırda Sloveniyada təlim-məşq prosesini davam etdirən İstanbulun "Qalatasaray" futbol klubunda, hamı Avqustun 24-də "Santyaqo Bernabeu"da Madrid "Real"ı ilə keçiriləcək qarşılaşma barədə fikirləşir. Siasport.az sayı xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terimin gərgin təlim-məşq proqramını uğurla icra etməyə çalışan "qalatasaray"lı futbolçular, kral klubu ilə qarşılaşmaya ciddi hazırlaşırlar. Amma boş vaxt tapan kimi jurnalistlərlə "qeybət" edən futbolçular da az deyil.

Belə ki, London "Arsenal"ından "cim bom" sıralarına keçən Emmanuel Eboue, özünü "Qalatasaray"da əla hiss etdiyini deyərək, burada mehriban ailə olduqlarını, baş məşqçinin tapşırıqlarını uğurla icra etməyə çalışdıqlarını diqqətə çatdırıb. "Qalatasaray" kimi böyük futbol klubuna gəldiyinə görə özünü xoşbəxt hiss etdiyini deyən keçmiş "Arsenal"lı futbolçu, İstanbul klubunda Türkiyə çempionluğunu yaşamaq və avrokuboklarda çıxış etmək arzusunda olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə