Georgi Adamiya: "Nəticədən asılı olmayaraq meydanda maraqlı futbol olacaq"-AÇIQLAMA
"Qarabağ" sabah "Kəpəz"lə qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, Gəncə klubuyla görüşə komanda çoxsaylı itkilərlə yollanıb. Buna baxmayaraq əyalət derbisinə yetərincə maraq var. Ötən mövsüm tərəflərin Gəncədə baş tutmuş oyunu olduqca gərgin alınmış, 2-ci hissədə Georgi Adamiya fərdi ustalıqla vurduğu qolla komandaya qələbə gətirmişdi. Sabah ötən mövsümün bombardiri komandanın əsas ümidlərindən biri olacaq. Gürcü forvard III turun oyununu dəyərləndirib: "Kəpəz"lə oyun çətin olacaq. Komandamızın bir neçə üzvü bu oyunda meydana çıxmayacaq. Üstəlik, gəncəlilər evdə yaxşı təsir bağışlayırlar. Azarkeş dəstəyindən də yararlanmaq istəyəcəklər. Meydanın durumu da elə də yaxşı deyil. Amma bu o demək deyil ki, biz artıq oyuna məğlub çıxmışıq. "Qarabağ" istənilən halda meydana qələbə üçün çıxır. Meydana çıxacaq bütün futbolçularımızla qələbə üçün oynayacağıq. Bu futboldur. Hər şey ola bilər. Çempionatın startında itirilənləri sonradan sığortalamaq mümkün olsa da, qazanılacaq xallar da sonradan çox xeyrimizə ola bilər. Ona görə də baxımlı oyun olacağını düşünürəm. Nəticədən asılı olmayaraq meydanda maraqlı futbol olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB