Transfer hüququ "Bakı"da olan Jabanın yaxın günlərdə"Neftçi"yə transfer olunacağı haqda məlumatlar yayılıb. Siasport.az saytı xəbər verir ki, məlumatlı mənbənin FutbolPress.az-a verdiyi xəbərə görə, "sabmaçının" keçidi yaxın günlərdə reallaşmalıdır.
Bu haqda Jabanın fikrini öyrəndik: "Neftçi" məni çoxdan istəyirdi. Həmin vaxt "Bakı"dan getmək fikrim yox idi. Məşqçi dəyişikliyi bəzi məsələlərin dəyişilməsinə səbəb oldu və mən komandaya lazım olmadım. Bəzi problemlərlə bağlı Azərbaycanı tərk etmişdim. Artıq burdayam. Bakıya elə-belə gəlməmişəm".
Jaba deyir ki, onunla "Neftçi"dən başqa daha bir iddialı klub heyətində görmək istəyir: "Neftçi"də baş məşqçi dəyişikliyi olub. Bəzi şeylər dəyişilib. Yeni çalışdırıcının məqsədi və işi mənə tanış deyil. Məni məşqə dəvət etmişdilər. Ancaq sizə dəqiq deyə bilərəm ki, təkliflər almışam. Bir iddialı klub mənə təklif göndərib. Hələ bunları müzakirə edirik. Yaxın 2-3 gündə qəti bilinəcək. Əgər burda alınmasa, yenidən Türkiyədə oynamaq imkanım var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB