Ruslan Qurbanov: \"Artıq 2-3 gündən sonra əsasız gəzə biləcəm\"-AÇIQLAMA
Almaniyada əməliyyat olunan \"Neftçi\"nin futbolçusu Ruslan Qurbanov Bakıya dönüb. Siasport.az saytı xəbər verir ki, əməliyyatı müvəffəqqiyyətlə baş tutan hücumçu fikirlərini bildirib:\"Almaniyanin Frankfurt şəhərində əməliyyat olundum. Əməliyyat uğurlu alındı. Mənə göstərilən diqqət və qayğıya görə \"Neftçi\" PFK-nın prezidenti Sadıq Sadıqova və AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hazırda özümü yaxşı hiss edirəm. Artıq 2-3 gündən sonra əsasız gəzə biləcəm. Həkimlərin dediyinə görə, 1 aydan sonra isə məşqlərə başlaya bilərəm. Bu müddətdə isə bərpa keçəcəm\" - deyə Qurbanov vurğulayıb.
Xatırladaq ki, Qurbanov 21 yaşadək yığma komandalar arasında keçirilən Estoniya - Azərbaycan yoldaşlıq görüşündə dizindən ciddi zədə almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB