Sergey Yuran: \"Bütün oyunu yarımmüdafiçilərlə oynamaq çətindir\"

Sergey Yuran: \"Bütün oyunu yarımmüdafiçilərlə oynamaq çətindir\"
Azərbaycan Premyer Liqasının III turunda "Rəvan" Zaqatalada yerli "Simurq" komandasının qonağı oldu. Siasport.az saytı xəbər verir ki, hesabda irəli olmasına baxmayaraq, ev sahibi komanda əlavə dəqiqələrdə qapısından qol buraxaraq 1 xalla kifayətlənməli oldu – 1:1.


Hər iki komandanın baş məşqçisinin fikirlərini nəzərinizə çatdırırıq:

Bəhmən Həsənov, "Rəvan" klubunun baş məşqçisi: "Təəssüf ki, oyun heç-heçə başa çatdı. "Simurq" müdafiə futbolu oynadı. Bugünkü oyunda qələbə hədəfləyirdik. Əsas hücumçumuz Con Pelu zədəli olduğundan bu oyunda bizə kömək edə bilmədi. Qazandığımız 1 xal da bizim üçün önəmlidir. Gəncədə ilk turdakı məğlubiyyət komanda üzərində psixoloji gərginlik yaratmışdı, bu, "Neftçi" ilə oyunda da hiss olunurdu. Hücumda kəsərli deyildik, ona görə də oyunboyu qol vurmağa çətinlik çəkdik, əks-hücumda qol buraxdıq. Komandaya oyuna görə təşəkkürümü bildirirəm".

Sergey Yuran, "Simurq" klubunun baş məşqçisi: "Oyun gərgin mübarizə şəraitində keçdi, təəssüf ki, qələbəni son anda əldən verdik. Komandamız hücumçusuz oynadı, bütün oyunu yarımmüdafiçilərlə oynamaq çətindir. Rəqib komandanın qol imkanları çox deyildi. Bu oyunu analiz edib, növbəti oyunlara hazırlaşacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə