Toni Adams: \"AZAL ilə heç bir itki olmadan tam heyətlə oynamaq istərdim”

Toni Adams: \"AZAL ilə heç bir itki olmadan tam heyətlə oynamaq istərdim”

Azərbaycan Premyer Liqasının III turuna "Qəbələ" – AZAL oyunu ilə start verilidi. Siasport.az saytı xəbər verir ki, hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1 xalla kifayətlənməli oldular – 1:1.

Hər iki komandanın baş məşqçisinin fikirlərini nəzərinizə çatdırırıq:


Elxan Abdullayev, AZAL-ın baş məşqçisi: \"Qəbələ\" ilə oyunumuz çox maraqlı keçdi. Oyunun əvvəlində Mahir Şükürovun qırmızı vərəqə almasından yetərincə istifadə etdik. Ancaq ikinci hissədə standart vəziyyətlərdə buraxdığımız səhvlər hesabın əleyhimizə dəyişməsinə gətirib çıxartdı. "Qəbələ" kimi güclü komanda ilə səfər oyununda alınmış bərabərliyi qənaətbəxş hesab etmək olar".

Toni Adams, "Qəbələ" klubunun baş məşqçisi: "AZAL çox güclü komandadır. Oyunun 10-cu dəqiqəsində Mahir Şükürovun qırmızı vərəqə alması komandanın 80 dəqiqə azlıqda oynaması ilə nəticələndi. Bizim heyətimizdə zədəli futbolçular da var idi. AZAL ilə heç bir itki olmadan tam heyətlə oynamaq istərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə