Dünya çempionatında medal qazanan kanoeçilərimizi İCF prezidenti mükafatlandırdı

Dünya çempionatında medal qazanan kanoeçilərimizi İCF prezidenti mükafatlandırdı

Macarıstanın Seqed şəhərindəki dünya çempionatında 500 metr məsafəyə yürüşdə gümüş medal qazanan Azərbaycanın kanoeçiləri Sergey Bezuqlıy – Maksim Prokopenko duetini Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopes mükafatlandırıb. Siasport.az saytı xəbər verir ki, Lopes azərbaycanlı cütlüklə yanaşı, qızıl medal qazanan Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) və bürünc mükafatçılar Peter Kretşmer – Kurt Kuşela (Almaniya) duetini də təltif edib.

Daha sonra Rumıniyanın himni səslənib, mükafatçı ölkələrin, o cümlədən Azərbaycanın 3 rəngli bayrağı qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə