Qadın otüstü hokkeyçilərimiz Avropa çempionatında mübarizə aparacaqlar
Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan millisi avqustun 20-dən 28-dək Almaniyanın Münhenqladbax şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, qitənin ən güclü 8 yığmasının mübarizə aparacağı çempionat həm də 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.
A qrupunda mübarizə aparacaq millimiz ilk oyununu avqustun 20-də Hollandiya hokkeyçilərinə qarşı keçirəcək. Bir gün sonra koreyalı baş məşqçi Kim Giyesoonun rəhbərlik etdiyi yığmamız İtaliya təmsilçiləri ilə qarşılaşacaq. İlkin mərhələdə son oyunumuz avqustun 23-də İspaniya millisinə qarşı olacaq.
Digər qrupda isə Almaniya, İngiltərə, İrlandiya və Belçika yığmaları yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB