“Barselona” nın yetirməsi “Xəzər Lənkəran”la müqavilə bağladı

“Barselona” nın yetirməsi “Xəzər Lənkəran”la müqavilə bağladı

Uzun çəkən danışıqlardan sonra "Xəzər Lənkəran" Futbol Klubu ispan hücumameylli yarımmüdafiəçi Mario Alberto Rosas Montero (Mario Rosas) ilə anlaşıb. Siasport.az saytı xəbər verir ki, klub bu futbolçu ilə bu gün bir illik müqavilə imzalayıb.

Mario Rosas 22 may 1980 ildə İspaniyanın Andaluziya vilayətinin Malaqa şəhərində anadan olub.

O, İspaniyanın məşhur "Barselona" klubunun yetirməsidir. 2000-ci ildə "Barselona"dan ayrılaraq digər yüksək liqa təmsilçisinə - Alavesin "Deportivo" klubuna keçir. Bundan əlavə Rosas ölkəsinin bir sıra ikinci divizion komandalarında da çıxış edib. "Xəzər Lənkəran"a keçməzdən əvvəl Rosas İspaniyanın "Salamanka" klubunun şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə