\"Neftçi\"nin 20 yetirməsi avqustun 21-22-dən etibarən Azərbaycanın müxtəlif yığma komandalarına dəvət olunub. Siasport.az saytı xəbər verir ki, klubun altı yetirməsi bu ayın 22-dən 24-dək Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında iştirak edəcək. Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov və İngiltərənin \"Everton\" klubundakı Araz Abdullayevlə yanaşı, Rəşad Abdullayev də milli komandanın düşərgəsində olacaq.
\"Neftçi\"nin 8 yetirməsi isə Azərbaycanın 21 yaşadək yığmasına dəvət alıb. Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyevlə yanaşı, \"Sumqayıt Şəhər\" klubuna icarəyə verilmiş futbolçular - Eşqin Quliyev, Orxan Həsənov, Kamil Nurəhmədov və Emil Balayev, eləcə də Türkiyənin \"Erciyesspor\" klubundakı Amit Quluzadə U-21-in heyətində Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına çağırılıb. \"Neftçi\"nin əsas komandasının üzvləri - Seyidov, İmamverdiyev və Quliyev avqustun 28-dən, digərləri isə 22-dən toplanışa qatılacaqlar.
\"Neftçi\"nin daha 6 üzvü – Fəhmin Muradbəyli,Kamran Nəcəfzadə, Elməddin Məmmədov, Pərviz Qaraxanov, Zeynal Zeynalov və Ceyhun Cəfərov isə Azərbaycanın U-16 və U-15 yığmalarına çağırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB