Massimo Moratti: "Şneyderi heç kimə satmayacayıq!"

Massimo Moratti: "Şneyderi heç kimə satmayacayıq!"

İtaliyanın "İnter" futbol klubunun prezidenti Massimo Moratti , klubun hollandiyalı futbolçusu Vesley Şneyderi heç vaxt satmayacaqlarını bəyan edib. Siasport.az saytı xəbər verir ki, İtaliya futbol klubunun rəhbəri "Dello Sporte" dərgisinə verdiyi açıqlamada bildirib ki, V.Şneyder "İnter" üçün olduqca əhəmiyyətli futbolçudur və onun hansısa əcnəbi və ya italyan klublarından birinə satılması müzakirə mövzusu ola bilməz. Xatırladaq ki, İngiltərənin "Mançester Yunayted" futbol klubu açıq şəkildə bu futbolmunun transferində maraqlı olduğunu menecerləri vasitəsi ilə italyan klubuna bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə