"Çelsi" Nikolay Anelka və Didye Droqbanı buraxmır!

"Çelsi" Nikolay Anelka və Didye Droqbanı buraxmır!

İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi Andre Villas Boaş, bir sıra ulduz futbolçuların klubun heyətində qalmasına tərəfdar olduğunu dilə gətirib. Siasport.az saytı xəbər verir ki, 33 yaşlı portuqaliyalı futbol mütəxəssisi, Nikolay Anelka və Didye Droqbanın təcrübəli futbolçular olaraq "zadəganlar" üçün dəyərli futbolçular olduqlarını dilə gətirib: "Həm Anelka, həm də Droqba "Çelsi" üçün önəmli futbolçulardır. Ona görə də, bu iki futbolçunu komandada saxlayacağıq. Oyunçular özləri də "Çelsi"də qalmaqda maraqlıdırlar. Yaxın günlərdə hər iki futbolçuya yeni müqavilə təklif edəcəyik. İnanıram ki, futbolçularla razılığa gəlib bu məsələyə son qoyacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə