Azarkeşlər "Xəzər Lənkəran"ın məşqindən çıxarıldı

Azarkeşlər "Xəzər Lənkəran"ın məşqindən çıxarıldı
"Xəzər Lənkəran" "Turan"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı "12-ci oyunçu"nun saytına istinadən xəbər verir ki, komanda ötən gün "Fırtınalar meydanı"nın yardımçı meydançasında axşam məşqinə çıxıb.
Hazırlıq prossesinə komanda Vobay Juius istisna olmaqla bütün heyətlə iştirak edib. Baş məşqçi Mirça Rednik yetirmələrinə taktiki hazırlıq keçib, Mihay Teja futbolçularla müxtəlif ev tapşırıqlarını hazırlayıb. Hafiz Əliyev də qapıçılarla işləyib. Həmişəki kimi məşqi izləməyə gələn azarkeşlər stadionda sona qədər qala bilməyib. Belə ki, hazırlıq prosesinin sonuna bir neçə dəqiqə qalmış mühafizə xidməti fanatları stadionun ərazisindən kənarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə