"İnter"in yarımmüdafiəçisi Şəhriyar Rəhimov "Bakı" komandasıyla matç barədə fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, futbolçu oyunun çətin keçəcəyini qeyd edib: "Oyun çətin olacaq. Axı "Bakı" ilə matç paytaxt derbisidir. Bu komanda yüksək yerlər uğrunda mübarizədə bizim birbaşa rəqibimizdir. Son turda biz "Qarabağa məğlub olduq. Bu, bizi "Bakı" ilə oyunda meydana yalnız qələbə üçün çıxmağa vadar edir. Belə ki, biz liderləri önə buraxmaq istəmirik. Mövsümlərarası dövrdə "Bakı" kifayət qədər tanınmış təcrübəli futbolçularla gücləndi, lakin bizi rəqiblərin adı qorxutmur. Komandamızda çox şeyi haqq edən gənc qabiliyyətli futbolçular cəmləşib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB