İngiltərinin "Tottenhem" futbol klubunun xorvatiyalı forvardı Luka Modriçlə bağlı qərarsızlıq davam edir. Siasport.az saytı xəbər verir ki, klubun baş məşqçisi Harry Redknapp jurnalistlərə bildirib ki, bu futbolçu ilə bağlı qərar, gələn həftə veriləcək. O bildirib ki, ya onlar K.Modriçi komandada saxlayacaqlar, ya da onu başqa bir futbol klubuna sataraq əlavə transfer pulu əldə edərək yeni futbolçu alacaqlar. Xatırladaq ki, keçən mövsüm "Tottenhem"in heyətində 32 qarşılaşmada 3 qol vuran xorvatiyalı futbolçunun transferində bir başqa ingilis futbol klubu olan "Çelsi" də maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB