Avropa çempionatında uğur qazanan güləşçilərimizdən ikisi “Xəzər Lənkəran” İdman Klubunun yetirmələri imiş

Avropa çempionatında uğur qazanan güləşçilərimizdən ikisi “Xəzər Lənkəran” İdman Klubunun yetirmələri imiş

"Xəzər Lənkəran" Futbol Klubunun nəzdində fəaliyyət göstərən İdman Klubunun yetirmələri növbəti dəfə beynəlxalq miqyasda uğurlu çıxışları ilə yadda qalıblar. Siasport.az saytı xəbər verir ki, bu dəfə klubun medal kolleksiyasını yunan-roma güləşçiləri zənginləşdiriblər.

Polşanın paytaxtı Varşavada keçirilən yeniyetmələr arasında güləş üzrə Avropa çempionatında Azərbaycan yığmasının heyətində çıxış edən iki idmançı fəxri kürsüyə yüksəlməyi bacarıb. 42 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Ramiz Məmmədov turnirin bürünc mükafatına layiq görülüb. 46 kq çəki kateqoriyasında isə klubumuzun üzvü Kərim Cəfərov yarışda mübarizə aparıb. Rəqiblərini, o cümlədən erməni güləşçisini də, ardıcıl olaraq məğlub edən Cəfərov Avropa çempionu adını qazanaraq qızıl medala sahib çıxıb.



Bütün xəbərlər Facebook səhifəmizdə