"Barselona"da olduqca uğurlu mövsüm keçirərək, bütün kubokları katalon klubuna qazandıran Xose Qvardiyola, deyəsən gələn mövsüm üzünü "dumanlı albioma" tutmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, gənc futbol mütəxəsissi bundan əvvəlki bütün müsahibələrində artıq "Barselona"da hər şeyə nail olduğunu, bundan sonra tam fərqli insanlarla və klublarla çalışmaq istədiyini dilə gətirmişdi.
İndi məlum olub ki, X.Qvardiyola sən demə İngiltərənin "Arsenal" futbol klubunun sükanı arxasına keçməyə hazırlaşır. Belə ki,"topçular"ın rəhbərliyi X.Qvardiyola ilə artıq razılığa gəlib. Bunu artıq ingilis mətbuatı da yazmağa başlayıb. "The Teleqraf" qəzeti isə artıq gələn il "Arsenal"ın sükanı arxasından gedəcəyi gözlənilən Arsen Vengerin yerinə rəhbərliyin məhz X.Qvardiolanı düşündüyünü və bütün planların da "Barselona"nın hazırkı baş məqşçisi üzərində qurulduğunu yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB