Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışındadır. Siasport.az saytı xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz iki yoldaşlıq oyunu keçirəcək. Futzalçılarımız avqustun 21-də "Nikars" klubu ilə qarşılaşacaq. Avqustun 23-də isə millimizin Latviya yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB