Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Kəpəz"lə qarşılaşacaq "Qarabağ" səfər oyununa Bakıda hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda gündə 1 dəfə olmaqla keçirilən hazırlıq prosesinə komandanın zədəli futbolçuları qatılmır. Türkiyədə müalicəsini davam etdirən Vüqar Nadirovdan başqa, dizində ağrı olan Emin İmaməliyev də hazırlıqlarda iştirak etmir. "İnter"lə oyunda ciddi zədə alan müdafiəçi Zaur Həşimovun isə ay yarım meydanlardan uzaq qalacağı bildirilir. Tibbi müayinə nəticəsində Z.Həşimovda əzələ yırtılması və diz bağlarında qopma aşkarlanıb.
Qeyd edək ki, digər zədəli futbolçuların - Nderim Nedzipi, Rəşad Sadiqov, Maksim Medvedev və Əfran İsmayılovun bazar günü keçiriləcək oyunda iştirakına məşqlərdən sonra aydınlıq gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB