Elxan Məmmədov U-17-nin məşqini izləyib

Elxan Məmmədov U-17-nin məşqini izləyib

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 22-dən 28-ə qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, yığmamız turnirə hazırlığını Sumqayıt şəhərində davam etdirir. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda U-17-nin məşqini izləyib. Məşq başa çatdıqdan sonra baş katib komandanın üzvləri ilə görüşüb. Hər bir turnirdə yüksək səviyyədə çıxış etməyin vacibliyini bildirən Elxan Məmmədov, komandamıza Palanqa turnirində uğurlar arzulayıb.

U-17-nin baş məşqçisi Təbriz Həsənov komandaya yaratdığı yüksək səviyyəli şəraitə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə