Robertas Poşkus "İnter"də fikir ayrılığı yaradıb

Robertas Poşkus "İnter"də fikir ayrılığı yaradıb
Robertas Poşkus "İnter"də fikir ayrılığı yaradıb. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, litvalı forvardın durumu klub prezidenti Georgi Nikolovla baş məşqçi Kaxaber Tsxadadzeni qarşı-qarşıya gətirib.
Belə ki, hazırda hücumçu problemi olan "İnter" forvard axtarışlarını davam etdirsə də, istədiyi oyunçunu heyətə qata bilmir. Klubla müqaviləsi olan Poşkusu da Tsxadadze sərəncamında görmək istəmir. Litvalı futbolçu ilə münasibətləri yaxşı olan Nikolov isə onun komandada qalmasını istəyir. Lakin gürcü mütəxəssislə bolqar prezident bu məsələdə anlaşa bilmir. Nikolov Poşkusun komandada saxlanılmasını israrla tələb etdiyi kimi, Tsxadadze də israrla ondan imtina edir. Bu səbəbdən də komandada fikir ayrılığı yaranıb.
Bir müddətdir əvəzedici komandaya göndərilən Poşkusun "İnter"dən məhz bu səbəbdən ayrılmadığı deyilir. Çünki Nikolov onu komandada saxlamaq istəyir. Transfer pəncərəsinin son gününədək yeni hücumçu alınmasa, Tsxadadze məcburən Poşkusun xidmətindən yararlanmalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə